Azərbaycan Jurnalistlər Şəbəkəsi Bakcell şirkəti ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsinə start verir. Bu layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır.