HAQQIMIZDA / ƏLAQƏ / AXTARIŞ
QOŞULUN
National Geographic Azerbaijan jurnalında vakansiya

National Geographic Azerbaijan jurnalı Baş redaktorun müavini vəzifəsi üzrə vakant yer elan edir. Elan barədə daha ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

 

Şəhər :

Bakı

Əlaqədar şəxs :

Seymur Teymurov

Telefon :

(050) 292-86-48

e-Mail :

Əmək haqqı : 1000 – 1500 AZN

İş barədə məlumat:

Əmək funksiyaları:
– Redaksiyanın işinə gündəlik rəhbərliyi həyata keçirir, verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət edir
– Jurnalı çapa hazırlayır və bununla bağlı olan proseslərə rəhbərlik edir
– Redaksiyanın Vaşinqtonda yerləşən mərkəzi ofisi ilə əlaqələrini təmin edir
– İngilis dilindən Azərbaycan dilinə tərcümələr edir, bədii redaktorla birgə tərcüməçilərin işini orijinalla yoxlayır, redaktə edir, təkliflər hazırlayır
– Redaksiya materiallarının hazırlanmasını təmin edir
– Müxtəlif ictimai qurumlar və elmi cəmiyyətlərlə əlaqələr yaradır, ekspertlər cəlb edir
– Redaksiyanın fəaliyyəti ilə əlaqədar olaraq məktub, təklif və prezentasiyalar hazırlayır
Biz təklif edirik:
– Sosial paket
– Peşəkar mühitdə inkişaf, mütəmadi treninqlər
– Maraqlı şəxslərlə ünsiyyət və iş imkanı

Tələblər:

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 – 45

– Tərcüməçilik və ya ingilis dilinin filologiyası ixtisasları üzrə ali təhsil
– Bədii əsərlərin və elmi-populyar mətnlərin tərcüməsi və redaktəsində 3 illik təcrübə
– Jurnalistika və publisistika sahəsində 1 illik təcrübə
– İngilis və azərbaycan dillərindən peşəkar istifadə bacarıqları
– Kollektivə rəhbərlik istedadı
Namizədlərdən ingilis dilində tərtib olunmuş CV-lərini və tərcümələrinin (əsər, məqalə və s.) siyahısını seymur.teymurov@gmail.com ünvanına göndərmələri xahiş olunur.

 

Mənbə:http://ejob.az

Tarix: 20.06.2014, 104 istifadəçi bu səhifəyə baxıb.
© 2026 Azərbaycan jurnalistlər şəbəkəsi
×