Paşa Bank ilə əməkdaşlıq çərçivəsində British Council Azərbaycan ofisi esse müsabiqəsini elan edir. Layihənin məqsədi – iqtisadi artım, islahatlar və inkişaf ilə bağlı məsələlərə nəzər salaraq, gələcək inkişaf uğrunda həyata keçirilən proseslərdə gəncləri daha fəal iştiraka həvəsləndirməkdir. Esselər İngilis dilində aşağıdakı mövzularda yazılaraq təqdim edilməlidir:
KİM İŞTİRAK EDƏ BİLƏR?
Esse müsabiqəsində 18-22 yaşlı Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri iştirak edə bilər.
MÜKAFATLAR:
1-ci yer – Üç qalib 1 iyul – 9 avqust 2013-cü il müddətinə Londondakı King’s College təhsil müəssisəsinin yay məktəbində (Summer School) iştirak edəcək.
King’s College təhsil müəssisəsinin yay məktəbi barədə məlumat: http://www.kcl.ac.uk/study/summerschool/index.aspx
2-ci yer – Noutbuk
3-cü yer – IPad
İNŞALAR NƏ CÜR TƏQDİM EDİLMƏLİDİR?
Esse müsabiqəsi üçün inşalar yalnız onlayn (elektron şəkildə) qəbul olunacaq. Esseləri 30 aprel 2013-cü il tarixindən gec olmadan elektron poçt ünvanına göndərin.
Daha ətraflı məlumat üçün bu internet ünvanına müraciət edin: www.britishcouncil.az