National Geographic Azerbaijan jurnalında vakansiya

National Geographic Azerbaijan jurnalı Baş redaktorun müavini vəzifəsi üzrə vakant yer elan edir. Elan barədə daha ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:



 

Şəhər :

Bakı

Əlaqədar şəxs :

Seymur Teymurov



Telefon :

(050) 292-86-48

e-Mail :




Əmək haqqı : 1000 - 1500 AZN

İş barədə məlumat:

Əmək funksiyaları:
- Redaksiyanın işinə gündəlik rəhbərliyi həyata keçirir, verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət edir
- Jurnalı çapa hazırlayır və bununla bağlı olan proseslərə rəhbərlik edir
- Redaksiyanın Vaşinqtonda yerləşən mərkəzi ofisi ilə əlaqələrini təmin edir
- İngilis dilindən Azərbaycan dilinə tərcümələr edir, bədii redaktorla birgə tərcüməçilərin işini orijinalla yoxlayır, redaktə edir, təkliflər hazırlayır
- Redaksiya materiallarının hazırlanmasını təmin edir
- Müxtəlif ictimai qurumlar və elmi cəmiyyətlərlə əlaqələr yaradır, ekspertlər cəlb edir
- Redaksiyanın fəaliyyəti ilə əlaqədar olaraq məktub, təklif və prezentasiyalar hazırlayır
Biz təklif edirik:
- Sosial paket
- Peşəkar mühitdə inkişaf, mütəmadi treninqlər
- Maraqlı şəxslərlə ünsiyyət və iş imkanı

Tələblər:

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 - 45

- Tərcüməçilik və ya ingilis dilinin filologiyası ixtisasları üzrə ali təhsil
- Bədii əsərlərin və elmi-populyar mətnlərin tərcüməsi və redaktəsində 3 illik təcrübə
- Jurnalistika və publisistika sahəsində 1 illik təcrübə
- İngilis və azərbaycan dillərindən peşəkar istifadə bacarıqları
- Kollektivə rəhbərlik istedadı
Namizədlərdən ingilis dilində tərtib olunmuş CV-lərini və tərcümələrinin (əsər, məqalə və s.) siyahısını seymur.teymurov@gmail.com ünvanına göndərmələri xahiş olunur.

 

Mənbə:http://ejob.az

Date: 20.06.2014, 3525 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi