Almaniyada ingilis dilində 3 aylıq rəqəmsal jurnalistika kursu

“The Interlink” Beynəlxalq Dialoq və Jurnalistikanın İnkişafı naminə Akademiya   Şərqi avropa ölkələri üçün rəqəmsal jurnalistika kursuna sənədlərin qəbulunu elan edir. Üç ay davam edəcək proqramda jurnalistlər Almaniyanın Hamburq və Berlin şəhərlərində keçiriləcək təlimlərdə rəqəmsal jurnalistikaya dair bilik və bacarqılar öyrənəcəklər.


Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin də tərəfdaş olduğu bu proqramda 6 ölkədən – Azərbaycan, Ukrayna, Rusiya, Moldova, Gürcüstan, Belarus və Ermənistandan olan jurnalistlər kursda iştirak edəcək. Kursda iştriak üçün bütün xərclər təşkilatçılar tərəfindən qarşılanır.


Kursa müraciət üçün son tarix 23 iyun 2015-ci ildir.


Proqram barədə daha ətraflı məlumat bu fayldan və həmçinin Akademiyanın saytından əldə edə bilərsiniz.

Date: 10.06.2015, 938 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi