"Travma hadisələrinin işıqlandırılması" mövzusunda təlim

Təlim müddətində jurnalistlər travmatik hadisələrin işıqlandırılması sahəsində beynəlxalq praktika ilə tanış olacaq, zorakılıq qurbanları ilə müsahibə qaydalarını öyrənəcək və əlaqədar mövzuların yazılmasına dair ekspertlərin tövsiyyələri ilə tanış olacaqlar.


Təlimlər uşaq və qadın hüquqları sahəsində çoxillik tərübəyə malik ekspertlərin, psixiatrların və media mütəxəssislərinin iştirakı ilə baş tutacaq.


"Travma hadisələrinin işıqlandırılmasında jurnalist peşəkarlığının artırılması" təlimi ABŞ hökumətinin maliyyələşdirdiyi Alumni MAX mübadilə proqramı çərçivəsində keçirilir.


Təlimin əsas media tərəfdaşı APA informasiya agentliyidir.


Təlimçi: Amerikalı jurnalist, beynəlxalq təlimçi Arnold R. İsaacs.

 

Qeydiyyat  üçün bu linkə keçid edə bilərsiniz.

Date: 02.05.2017, 1243 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi