GİPA tələbə qəbulunu elan edir

ABŞ Səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.


Əlavə məlumat üçün Bakıdaki ABŞ Səfirliyinin saytına müraciət edin:https://azerbaijan.usembassy.gov/resources/gipa-masters-in-journalism-program.html

Date: 06.04.2017, 1047 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi