Qafqaz üçün rəqəmsal jurnalistika təlimi

Almaniyanın “Interlink” Akademiyası Gürcüstanın paytaxtı Tiflis şəhərində rəqəmsal jurnalistika üzrə peşəkar təlim kursları təşkil edir. Təlim kurslarında Azərbaycan, Gürcüstan və Ermənistandan olan region jurnalistləri iştirak edə  bilər.


Bu intensiv kursun əsas məqsədi əsasən üç ölkənin regionlarında fəaliyyət göstərən jurnalistlərin rəqəmsal media üzrə biliklərini təkmilləşdirmək və onların sosial media vasitəsi ilə məqalələrini daha geniş auditoriyaya çatdırması üçün yeni bilik və bacarıqlar öyrətməkdir.


Təlimlər aşağıdakı mərhələlər üzrə keçiriləcəkdir:


  • 10-14 aprel: Tiflisdə keiçiriləcək təlimdə iştirak (Mərhələ 1)
  • 17 aprel - 2 iyun: İnternet üzərindən tədris mərhələsi – iştirakçılar öz ölkələrində tədris alır və onlayn təlimlərə qatılır (mərhələ 2)
  • 5 -7 iyun: Tiflisdə keçiriləcək təlimdə iştirak (Mərhələ 3)

Müraciətlər 4-25 fevral tarixlərində elektron ərizə vasitəsi ilə qəbul olunacaqdır.


Daha ətraflı məlumatı bu linkə keçid edərək əldə edə bilərsiniz.

Date: 02.02.2017, 482 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi