GİPA tələbə qəbulunu elan edir

ABŞ Səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

 

Azərbaycandan seçiləcək beş nəfər tələbə sentyabr 2016- may 2018 tədris ilində bu proqramda iştirak üçün seçiləcək. Proqramın ilk üç semestri (sentyabr 2016- dekabr 2017) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestr Bakıda olacaq. 2018-ci ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məkətəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

 

Həm çap həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdirilmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. QJMİM müəllim heyyəti və tədris planı mərkəzi USAID tərəfindən maliyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində İREX Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

 

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dili biliyi tələb olunur.

 

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

 

Qəbul üçün prosedur: Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə, ingilis dili imtahanı və inşa (ingilis dilində). Sənədərin qəbulu üçün son müddət 22 aprel 2016-cı ildir.

 

Əlavə məlumat və sənədlərin təhvili üçün əlaqə saxlayın:

 

Gülçin Seyidova, proqramın yerli koordinatoru (elektron ünvan:  seyidovag@state.gov)

 

yaxud

 

Gürcüstanın İctimai İşlər İnstitunun nəzdnində

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi

Ünvan: Brosse küç. 2, Tbilisi, Gürcüstan

E-mail: jschool@gipa.ge web: http://www.gipa.ge/csjmm/cert_en.php

 

Date: 29.03.2016, 648 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi