Biznes Jurnalistika Layihəsi

British Council və PAŞA Bank, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə  məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan edirlər.

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.


2014-cü ilin noyabr ayından başlayaraq  keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal və tam davamiyyəti olan iştirakçılar  Böyük Britaniyada “Thomson Foundation” təşkilatı tərəfindən təşkil edilmiş Təlim proqramında iştirak edəcəklər. Layihə çərçivəsində iştirakçılara biznes jurnalistika təlimi ilə yanaşı ayrılıqda ingilis dili kursları da keçiriləcəkdir.

Bildirmək istərdik ki, layihədə paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçiləri də qatıla bilər.


Qeyd: Əvvəlki Biznes Jurnalistika layihəsində iştirak edən iştirakçılar bu layihəyə yenidən müraciət edə bilməzlər.


Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:

  • Məqalə yazma tərzləri
  • Oçerklərin yazılması
  • Reportajların hazırlanması
  • Xəbərlərin yazılması
  • Müsahibə alma texnikası və praktikası

 

Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:

  • İqtisadiyyat jurnalistikası
  • Biznes jurnalistikası və onlayn media
  • Etika qaydaları, məlumatın balanslı və  doğru çatdırılması

 

Seçiləcək iştirakçılardan tələb olunanlar:

• Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi

• Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli

• Bütün təlim kurslarında iştirak edə bilməli

a) 3 təlim sessiyası Bakıda (noyabr 2014 (4 gün), yanvar (4 gün) və fevral (5 gün) 2015-də keçiriləcəkdir )

b) 2015-ci ilin mart ayında Birləşmiş Krallıqda Təlim proqramı

Qeyd: İştirakçıların bütün təlim kurslarında iştirak etməsi mütləqdir!

 

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:

1. Ərizə forması və inşalar

2. Yerli təlimlər  və ingilis dili kurslarında iştirak  üçün müsahibələrin keçirilməsi

3. Böyük Britaniyada keçiriləcək təlim proqramı üçün (yerli təlimlərdən sonra) seçim

 

Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az yükləməlidirlər.  Doldurulmuş ərizə formaları və CV-lər 2014-cü il 27 sentyabr tarixindən gec olmayaraq enquiries@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidirlər.

Date: 03.09.2014, 967 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi