Şəkidə yay məktəbi

Şəkidə gənclər üçün maarifləndirici “Təmiz Şəhər Naminə” adlı Yay Məktəbi təşkil ediləcək. Məktəb “Yaşıl İqtisadiyyat”, “Yaşıl Sənaye” sahəsində öz biznesini başlamaq, bu sahədə fəaliyyət göstərmək istəyən gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədilə keçirilir.


İyunun 19-da IDEA (Ətraf mühit naminə dialoq) İctimai Birliyinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Təmiz Şəhər Naminə” Yay Məktəbi layihəsi ilə əlaqədar təqdimat keçirildi.


“Təmiz Şəhər Naminə” Yay Məktəbinin 60 gənc iştirakçısı 5 gün ərzində (22-26 iyul) yaşıl iqtisadiyyat və biznes planlama üzrə təlimlərdə iştirak edəcək, komandalara bölünərək işgüzar oyun formatında biznes ideyalarını formalaşdırıb öz aralarında ən yaxşı yaşıl biznes ideyanı müəyyən edəcəklər. Yay Məktəbindən sonra gənclərə ideyalarını reallaşdırmaq üçün köməklik göstəriləcək.


Yay Məktəbində iştirak etmək istəyənlər üçün artıq sənəd qəbulu elan edilib. Gənclər yaymektebi.tamizshahar.az saytındakı ərizə formasını 5 iyula qədər doldurmalıdırlar. Namizədlər siyahısına düşən şəxslər müsahibəyə dəvət oluancaqlar. İştirakçıların bütün xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

Date: 20.06.2014, 839 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi