"MediaMən" Jurnalistika Məktəbi Layihəsi

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB (AJN) və Gənclər üçün Təhsil Mərkəzi İB (GTM) Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə gənclər üçün jurnalistika məktəbi layihəsinə başlayır. “MediaMən” adlanan yeni layihə jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar öyrədəcək.


İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər. Layihədə əsasən foto, radio, qəzetçilik, televiziya və onlayn jurnalistika dair təlimlər təşkil olunacaq. “MediaMən” layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaqlar.


Ölkənin aparıcı media qurumlarından Trend İnformasiya Agentliyi, Kaspi qəzetiModern.az saytı bu layihəyə informasiya dəstəyi göstərəcək.


Bu layihədə hər bir Azərbaycan gənci iştirak edə bilər.  Bunun üçün “MediaMən” Müraciət Formasını dolduraraq  20 aprel 2014-cü il tarixindən gec olmayaraq göstərilən elektron poçt ünvanına göndərmək lazımdır: mediyaman@gmail.com

 

Layihə haqqında daha ətraflı məlumatı bu mediamanschool.wordpress.com linkdən əldə edə bilərsiniz

Date: 13.04.2014, 1032 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi