Online jurnalistika kursu ![]() Avropa Jurnalistika Mərkəzi statistik məlumatlarla işləmək bacarıqlarının artırılmasına hesablanmış online kurs elan edir. İnternet üzərindən keçiriləcək təlimlər zamanı iştirakçılar verilən rəqəmlər əsasında maraqlı məqalələrin hazırlanmasına dair bilik və bacarıqlar öyrənəcəklər.
Kurs müddətində aşağıdakı mövzular üzrə təlimlər keçiriləcək: Statistik məlumatlar, rəqəmlərin təhlili, xəbər yazarkən rəqəmlərin sadələşdirilməsi və s. Vebinarlar vasitəsi ilə müzakirələr aparılacaq və müxtəlif tapşırıqlar veriləcək.
Təlim barəsində daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün bu linkə daxil olun. Date: 20.10.2013, 1440 users viewed this page. |