Pəşəkar radio jurnalistika təlimi
“Gənclərin Səsi Radiosu” jurnalist olmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Təcrübə proqramının iştirakçıları 2 ay müddətində radio-redaksiya mühitində, real efir şəraitində çalışaraq, aşağıdakı işləri görərək bilik və təcrübə qazanmaq şansı əldə edəcəklər.
Təcrübə proqramı aşağıdakı sahələri əhatə edir.
- Radio reportajların və sujetlərin hazırlanması
- Canlı efirin hazırlarnması və idarə olunması
- Radio-debatların təşkili
- Radio layihələrin hazırlanması
- Səs Montajı
- Radioda prodüser işi
- Podcastların hazırlanması
Eyni zamanda təcrübə proqramına aşağıdakı əlavə sahələr daxildir:
- Video reportajların hazırlanması
- Video montajı
- Foto reportajların hazırlanması
- Foto montaj
İştirakçılar əldə edəcəklər:
- Redaksiyada işləmək üçün lazımı bütün texniki biliklərin öyrənilməsi
- Proqramı uğurlu başa vuranlar üçün xüsusi diplom və tövsiyə məktubu
- Gələcəkdə də redaksiya ilə əməkdaşlıq etmək və çalışmaq imkanı
Kimlər müraciət edə bilər:
- 18-27 yaş arası tələbələr, həmçinin təcrübəyə ehtiyacı olan ali təhsil müəssisəsini bitirmiş şəxslər
Seçiləcək iştirakçılardan tələb olunanlar:
- Gələcək kariyerasını jurnalistikada görən, jurnalist fəaliyyətinin mahiyyətini başa düşən bütün gənclər (jurnalistika ixtisası üzrə olanlara üstünlük verilsə də, digər ixtisaslı şəxslər də müraciət edə bilərlər)
- Kompüter və İnternetdə sərbəst işləmək bacarığı
- Xarici dil bilikləri olanlara üstünlük verilir
- Təcrübə müddətində regionlara ezam oluna bilər
İştirak etmək istəyənlər 2013-cü ilin 30 aprel tarixinə qədər CV və maraq məktubunu (təcrübə proqramının müraicət edən şəxsin gələcək karyerasına təsiri barədə) radio@gsr.fm ünvanına göndərməlidirlər.
Uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Əlavə məlumat üçün: 055 2878748
Date: 19.04.2013, 1171 users viewed this page. |