“Qafqaz üçün Rəqəmsal Jurnalistika 2018” təlim proqramı

Almaniyanın “İnterlink” akademiyası (Beynəlxalq Dialoq və Jurnalistika) “ Qafqaz üçün Rəqəmsal Jurnalistika 2018” təlim proqramını elan edir.

 

Təlimlər 3 mərhələdə Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunacaq:

 

•          22 sentyabr - 29 Sentyabr: Tiflisdə təlimlərdə iştirak (birinci mərhələ)

•          1 oktyabr – dekabr: Online tədris – iştirakçılar öz ölkələrindən distant şəkildə təlimləri davam etdirirlər (İkinci mərhələ)

•          3 dekabr – 6 dekabr: Tiflisdə təlimlərdə iştirak (üçüncü mərhələ)

 

Proqramda iştirak üçün əsas şərt jurnalistika sahəsində çalışmaq və İngilis dili biliklərinə sahib olmaqdır.  Regionlardan müraciət edən jurnalistlərə üstünlük veriləcək.

 

Təlimlərdə iştirak ödənişsizdir və bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq.

 

Müraciət üçün tarix: 1 -30 iyul 2018

 

Proqram barədə daha ətraflı məlumat almaq, eləcə də,  müraciət etmək üçün bu linkə keçid edin.

Date: 27.06.2018, 213 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi