AJN və Bakcell Mobil Multimedia təlimləri keçirdi
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi və Bakcell Şirkətinin birgə təşkil etdiyi “Azərbaycanda Futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində mobil multimedia təlimləri keçirilib. Məhşur britaniyalı təlimçi Dan Mason-nun iştirakı ilə baş tutan iki günlük sessiyada idman sahəsində ixtisaslaşmış, xüsusilə futboldan yazan jurnalistlərə multimediadan effektiv istifadəyə dair bilik və bacarıqlar öyrədilib.
Bu layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır. Bundan başqa, xüsusi təlim proqramı vasitəsilə jurnalistlərin futbol xəbərlərini yerli auditoriyaya daha yaxşı şəkildə çatdırması üçün müasir medianın bütün üstünlükləri barəsində onlara məlumatlar vermək, eləcə də praktik məşğələlərlə yeni biliklər öyrətməkdir.
İki ay davam edən layihədə 4 günlük təlim sessiyası və 6 həftəlik online təlimlər keçirilir. Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər və multimedia üzrə təlimlər isə yeni medianı dərindən bilən xarici mütəxəssis-Dan Mason tərəfindən keçirilir. Təlimi uğurla bitirən iştriakçılardan bir nəfər seçim əsasında Mançesterə yollanacaqdır.
Təlimin bağlanış mərasimi iyul ayında Milli Mətbuat Günü ərəfəsində keçiriləcək və iştriakçılara sertifikatlar paylanacaqdır.
Bakcell,
AJN,
MultiMedia
Date: 10.06.2015, 1045 users viewed this page. |