“Rəqəmsal dünyada jurnalistika” layihəsi elan olundu

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB “Rəqəmsal dünyada jurnalistika” layihəsinin başlandığını elan edir.


Layihə çərçivəsində iki ay müddətində jurnalistikaya marağı olan və bu sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün silsilə təlim sessiyaları təşkil olunacaq. Təlimlərdə müasir rəqəmsal alətlərdən istifadə edərək xəbərlərin hazırlanması, eləcə də biznes xəbərlərinin istehsalına dair müxtəlif bilik və bacarıqlar öyrədiləcək.

Layihə müddətində iştirakçılar ölkənin tanınmış jurnalistləri, həmçinin rəqəmsal sahə üzrə mütəxəssislərin təlimlərində iştirak edə biləcəklər. Bundan başqa, gənclər üçün ölkənin aparıcı media qurumlarına səfər turları təşkil olunacaq.


Təlimlər ölkənin ən müasir rəqəmsal mərkəzlərindən birində - “Lotfi Zadeh Technology Center”də baş tutacaq. Bu layihədə “Rabitəbank” ASC “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nə tərəfdaş qismində dəstək nümayiş etdirir.


Təlimlərdə iştirak seçim turu vasitəsilə həyata keçiriləcək. Seçim turuna qatılmaq üçün aşağıdakı linkə keçid edərək müraciət formasına zəruri məlumatları daxil etmək mümkündür: https://forms.gle/e1XbLJc4zyVBaD819


Layihənin anons videosunu aşağıdakı linkdən izləyə bilərsiniz: https://youtu.be/43-Up7aTxQ0

Date: 07.10.2022, 227 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi