“Jurnalistin sosial məsuliyyəti” mövzusunda təlim

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Şəki şəhərində media nümayəndələri üçün “Jurnalistin sosial məsuliyyəti” mövzusunda təlim-müzakirə sessiyası təşkil edib. Şəki şəhərində fəaliyyət göstərən "Kanal–S" Televiziya Şirkətinin tərəfdaşlığı ilə baş tutan tədbirdə regionlarda fəaliyyət göstərən jurnalistlər, aktiv sosial media istifadəçiləri və dövlət sektorunda mətbuat sahəsi üzrə çalışan nümayəndələr iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə icra olunan "Mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək” layihəsi çərçivəsində baş tutub. Bu Layihənin əsas məqsədi multimedia imkanlarından geniş istifadə edərək mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək olmaq, eləcə də jurnalistlər üçün təlim sessiyası təşkil edərək bu mövzuda ictimaiyyət arasında maarifləndirmə işinin təşkilnə yardımçı olmaqdır.

 

Tədbirdə “Jurnalistin sosial məsuliyyəti” mövzusunda təqdimat edilmiş və mövzuya dair geniş müzakirə sessiyası keçirilmişdir. Müzakirələr əsnasında “yeni media və yeni çağırışlar”, “sosial mediada milli-mənəvi dəyərlərin təbliği” kimi mövzulara da geniş yer verilmiş və bu istiqamətdə jurnalistlərin üzərinə düşən rol xüsusi ilə qabardılmışdır.

 

MultiMedia"Mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək” 

Date: 25.07.2016, 1469 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi