Region gəncləri üçün Multimedia təlimləri təşkil edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən  “Region gəncləri üçün Multimedia təlimlərinin təşkili”  layihəsi çərçivəsində təlimlər  keçirilib. Samux, Beyləqan və Tovuz rayonlarında keçirilən təlimlərdə bu regionlara yaxın yaşayan 14-29 yaş arası region gəncləri qatılıb.

Layihənin əsas məqsədi regionlarımızda yaşayan gənclərə multimedia anlayışını praktiki məşğələlərlə izah etmək, onlara sosial medianın verdiyi üstünlükləri əyani şəkildə göstərmək və regionlarımızın təbliğ olunmasında gənclərin rolunun artırılması işinə töhvə vermək idi. Üç regionda təşkil olunan təlimlərdə  Multimedianın əsas elementləri sayılan – auido yazılması, foto və video çəkilişlər, eləcə də mətn yazılması barədə peşəkar bilik və bacarıqlar öyrədilmişdir. Eynizamanda gənclərə praktiki tapşırıqlar verilmiş və onların təlimdə öyrəndiklərini tətbiq etmələri üçün rol oyunları həyata keçirilmidir.

 

“Region gəncləri üçün Multimedia təlimlərinin təşkili” layihəsi fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olmuşdur. Layihənin uğurlu icra olunmasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Gənclər üçün Təhsil Mərkəzi İB, eləcə də təlimlərin keçirildiyi regionlarda fəaliyyət göstərən gənclər təşkilatları  təşkilati dəstək nümayiş etdirmişdir.

 

MultiMedia 

Date: 01.02.2016, 576 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi