ABŞ-ın Sülh İnstitutu təqaüd proqramı elan edir ABŞ-ın Sülh İnstitutu jurnalistlər, siyasi təhlilçilər və digər ekspertlər üçün təqaüd proqramı elan edir. Proqramda konfliktlərin həlli, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasını prioritet seçən layihə müəllifləri iştirak edə bilər.
Təqaüd proqramının qalibləri 10 ay ABŞ-da Sülh İnstitutunda təklif etdikləri layihə üzrə araşdırma aparmaq və onun icrası üçün müxtəlif təkliflər hazırlamaq imkanı qazanır. Həmçinin qaliblər İnstitutun təşkil etdiyi müxtəlif seminarlar, konfranslarda öz ideyaları ilə bağlı çıxışlar etmək şansı əldə edəcək.
Müraciət üçün son tarix: 6 sentyabr
Təqaüd proqramı barədə daha ətraflı məlumatla bu linkdə tanış ola bilərsiniz Date: 27.07.2013, 1358 users viewed this page. |