Gürcüstanda Qafqaz Jurnalistika Məktəbinə sənəd qəbulu başladı

ABŞ səfirliyi Gürcüstanda jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunu elan edir.

Proqram üzrə dərslər Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Qafqaz Jurnalistika və Media İdarəçiliyi

Məktəbində keçirilir.  Dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır.

Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın
gücləndirilməsidir.

Azərbaycandan hər il beş nəfər tələbə bu proqramda iştirak etmək üçün seçilir.

Proqram dörd semestr ərzində, sentyabr 2013- may 2014 tədris ilində, Bakıda yerli universitetlərdən
birində və Tbilisi şəhərində GİPA-da keçiriləcək. Birinci və dördüncü semestrlər Bakıda yerli
universitetdə keçiriləcək. Tələbələr 2014-cü ildə, ikinci və üçüncü semstrlərdə Gürcüstanda təhsillərini
davam etdirəcəklər. 2015-cü ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən
məkətəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video
avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram
çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet
versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.
Müsabiqədə iştirak etmək üçün namizədlərdən ingilis dili biliyi və media sahəsində
crübəsi tələb olunur.


ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və
yaşayışlarını maliyyə
ləşdirəcək.


Qəbul üçün prosedur: ingilis dili imtahanı, inşa (ingilis dilində) və bu ilin avqustunda Azərbaycan-
Amerika qəbul Komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə.

Sənədərin qəbulu üçün son müddət 14 iyun 2013-cü ildir.
Proqramın rəsmi təqdimatı 23 may 2013-cü il tarixində saat 18:00-da ABŞ-Azərbaycan
hsil Mərkəzində keçiriləcək.



Əlavə məlumat və sənədlərin təhvili üçün  proqramın yerli koordinatoru Gülçin Seyidova ilə əlaqə
saxlayın. Email:  


Gürcüstanın İctimai İşlər İnstitunun nəzdnində
Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi
Ünvan: Brosse küç. 2, Tbilisi, Gürcüstan
E-mail:  web: http://www.gipa.ge/csjmm/cert_en.php

Date: 11.05.2013, 622 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi