Latviyada təqaüd proqramları

Azərbaycan Respublikası və Latviya Respublikası Təhsil nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Latviya Hökuməti Azərbaycan ali təhsil müəssisələrinin tələbələri və müəllimləri üçün nəzərdə tutulmuş təhsil, tədqiqat və yay məktəblərində iştirak üçün təqaüd proqramları elan edir.

Təhsil və tədqiqat üçün təqaüd proqramlarında iştirak üçün sənədlər 1 may 2013-cü il tarixinə qədər Latviya Respublikasının Dövlət Təhsil İnkişafı Agentliyinə göndərilməlidir:

State Education Development Agency

1 Valnu Street, Riga, LV-1050, Latvia

Yay məktəbləri üçün təqaüd proqramlarında iştirak üçün sənədlər birbaşa yay məktəblərinin təşkilatçılarına göndərilməlidir. Keçiriləcək yay məktəbləri barədə məlumat bu ünvandan əldə oluna bilər: http://izm.izm.gov.lv/ministry/9574.html

Təqaüd proqramları barədə məlumat üçün bu internet ünvanına müraciət edin: http://www.viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/http://www.uc.pt/driic/Bolsas/bolsas_Letonia

 

Mənbə: http://www.resurs.az

Date: 19.04.2013, 693 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi