“MediaMən” layihəsinə start verildi

Azərbaycan Jurnalistlər Şəbəkəsi və Gənclər üçün Təhsil Mərkəzinin “MediaMən” Jurnalistika Məktəbi layihəsində təlimlərə start verilib. Təlimin birinci günündə Azərfoto İnformasiya Agentliyinin rəhbəri Jeyhun Abdulla fotojurnalistika ilə bağlı bilik və təcrübəsini iştirakçılarla bölüşüb.


“MediaMən” Azərbaycan Jurnalistlər Şəbəkəsi və Gənclər üçün Təhsil Mərkəzinin birgə layihəsi olub Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə həyata keçirlir. Bu layihə jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistkaya dair bilik və bacarıqlar öyrədir.


İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər. Layihədə əsasən foto, qəzetçilik, radio,televiziya və onlayn jurnalistika dair təlimlər təşkil olunur. “MediaMən” layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaqlar.


Ölkənin aparıcı media qurumlarından Trend İnformasiya AgentliyiKaspi qəzeti, Modern.az saytı və Azərfoto İnformasiya Agentliyi bu layihəyə informasiya dəstəyi göstərir.


Date: 09.05.2014, 943 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi