AJN Qərbi Azərbaycana həsr olunmuş sənədli filmin istehsalına başlayır
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) Qərbi Azərbaycanlıların Qayıdışına həsr olunmuş “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsi üçün bu mövzuya aid yüksək keyfiyyətli sənədli film hazırlamaqdır. Eyni zamanda, sənədli film vasitəsilə bu sahədə maarifləndirmə işini daha da irəliyə aparmaq, eləcə də ölkə və beynəlxalq ictimaiyyətin bu sahədə məlumatlılıq səviyyəsini artırmaqdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunana layihə çərçivəsində artıq filmin yaradıcı heyətinin görüşü keçirilib. Görüşdə hazırlanacaq sənədli filmlə bağlı zəruri detallar müzakirə edilib və atılacaq növbəti addımlar müəyyənləşdirilib.
“Qərbi Azərbaycana Qayıdış” Konsepsiyasına töhfə verilməsi üçün bu sahədə maarifləndirici silsilə və kompleks fəaliyyətlərin həyata keçirilməsi çox önəmlidir. Bu vacib missiyada da AJN komandası öz məxsusi rolunu oynamaq istəyir. Sənədli filmin bu ilin noyabr ayınadək hazırlanması və geniş ictimaiyyətə təqdimatı planlaşdırılır.
AJN
Date: 10.07.2023, 406 users viewed this page. |