“Ekoloji şüurun inkişaf etdirilməsində medianın rolu” mövzusunda təlim sessiyası keçirilib

27 iyul 2019-cu il tarixində Bakı şəhərində jurnalistlərin iştirakı ilə “Ekoloji şüuruninkişaf etdirilməsində medianın rolu” mövzusunda təlim sessiyası keçirilib. TədbirAzərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin “Əhalinin sağlamlığının qorunmasıvə ətraf mühitin mühafizəsi təşəbbüslərinə media dəstəyi” adlı layihənin icrasıçərçivəsində təşkil olunub.

 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətininrəhbəri İradə İbrahimova,  BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Dr.Rəşad Hüseynov, “Təmiz Şəhər” ASC-nin İctimaiyyətlə Əlaqələrşöbəsinin müdiri Elmar Məlikov təlimçi qismində iştirak ediblər.  Seminar zamanıjurnalistlərə əhali arasında sağlam həyat tərzinin təbliği və insanlarda ekoloji şüuruninkişaf etdirilməsi işində medianın rolu barədə danışılıb, eləcə də jurnalistlərə buistiqamətdə zəruri bilik və bacarıqlar aşılanıb.

 

“Əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi təşəbbüslərinə mediadəstəyi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihəninməqsədi sağlam həyat tərzinin təbliği və insanlarda ekoloji şüurun inkişaf etdirilməsiistiqamətində maarifləndirmə işlərinə dəstək olmaq üçün sosial çarxlar hazırlamaq, eləcədə media vasitəsi ilə maarifləndirmə işini daha da irəliyə aparmaq üçün jurnalistlərətəlim və seminarlar təşkil etməkdir.

Date: 29.07.2019, 14 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi