“Əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi təşəbbüslərinə media dəstəyi” layihəsi

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi “Əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi təşəbbüslərinə media dəstəyi” adlı layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

 

Layihənin məqsədi sağlam həyat tərzinin təbliği və insanlarda ekoloji şüurun inkişaf etdirilməsi istiqamətində maarifləndirmə işlərinə dəstək olmaq üçün sosial çarxlar hazırlamaq, eləcə də media vasitəsi ilə maarifləndirmə işini daha da irəliyə aparmaq üçün jurnalistlərin iştirakı ilə onlara təlim və seminarlar təşkil etməkdir.


Layihə çərçivəsində qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq hal-hazırda cəmiyyət üçün aktual olan və insanlar tərəfindən daha çox narahatlıqla qarşılanan ekoloji mövzular araşdırılacaq. Daha sonra müəyyən olunan problemlərin aradan qaldırılması istiqamətində maarifləndirmə işini genişləndirmək məqsədilə bir neçə videoçarx hazırlanacaq.


Bundan başqa, ekoloji şüurun inkişaf etdirilməsi sahəsində medianın rolunu qabartmaq məqsədi ilə kütləvi informasiya vasitələri nümayəndələri üçün təlim və seminar keçiriləcək. Təşkil olunmuş tədbirlərə ekologiya sahəsində fəaliyyət göstərən dövlət və ictimai təşkilatların maraqlı tərəflərinin cəlb olunması və bu sahədə medianın rolunun artırılması üçün müzakirəkər təşkil olunacaq.


Date: 15.05.2019, 39 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi