Azərbaycan Jurnalistlər Şəbəkəsi İB daha bir layihəni uğurla icra edib

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə “Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” adlı layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirib. Bakı şəhərində keirilmiş tədbirdə iştirakçılara layihə barədə ətraflı məlumat verilib və layihə çərçivəsində hazırlanmış yekun videoçarxın təqdimatı olub.


Üç ay müddətində icra olunmuş layihə çərçivsəndə Gəncə, Tovuz və Xaçmazda fəaliyyət göstərən regional televiziya kanallarında media nümayəndələri üçün peşəkar müzakirə və təlim sessiyaları təşkil edilib eləcə də, peşəkar media mütəxəssislərinin iştirakı ilə ustad dərsləri keçirilib.


Layihənin icrası zamanı mediada ədəbi dil qaydalarının pozulması hallarına qarşı ictimai rəy formalaşdırmaq məqsədi ilə yekun videoçarx hazırlanıb və sosial media vasitəsi ilə geniş ictimaiyyətin diqqətinə çatdırılıb.


Videonu bu linkdə izləyə bilərsiniz: https://youtu.be/lV3PuCybLtc

Date: 18.09.2018, 80 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi