Rəqəmsal jurnalistika kursunun azərbaycanlı iştirakçısı sertifikat aldı

“The Interlink” Beynəlxalq Dialoq və Jurnalistikanın İnkişafı naminə Akademiyanın “Şərqi Avropa Ölkələri üçün Rəqəmsal Jurnalistika 2016” proqramının Azərbaycandan seçilmiş iştirakçısı Aynur Əliyeva proqramı uğurla başa vuraraq sertifikat alıb. Report.az saytının əməkdaşı olan Aynur xanım proqram müddətində layihənin  iştirakçıları ilə birgə  Almaniyanın Hamburq şəhərində keçirilmiş iki həftəlik təlimlərdə rəqəmsal jurnalistikaya dair müxtəlif bilik və bacarıqlar öyrənmiş və “online” tədris mərhələsində isə öyrəndiklərini təcrübədə istifadə etmək imkanı qazanmışdır.

 

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin də tərəfdaş olduğu bu proqramda hər il  6 ölkədən – Azərbaycan, Ukrayna, Rusiya, Moldova, Gürcüstan, Belarus və Ermənistandan olan jurnalistlər seçilir və kursda iştirak edirlər.

 

Kursda iştirak üçün bütün xərclər təşkilatçılar tərəfindən qarşılanır.

 

Proqram barədə daha ətraflı məlumatı Akademiyanın saytından əldə etmək mümkündür.

Date: 30.08.2016, 1499 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi