AJN QHT Şurasının maliyyə dəstəyi ilə yeni layihəsinin icrasına başlayır
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihəsinin icrasına başlayıb. "Mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək” adlanan layihə çərçivəsində mətbuatda və sosial mediada milli-mənəvi dəyərlər və etik normaların təbliğ olunması istiqamətində müxtəlif video-çarxların hazırlanması və jurnalistlərin iştirakı ilə təlim sessiyasının keçirilməsi nəzərdə tutulur.
Layihənin əsas məqsədi multimedia imkanlarından geniş istifadə edərək mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək olmaq, eləcə də jurnalistlər üçün təlim sessiyası təşkil edərək bu mövzuda ictimaiyyət arasında maarifləndirmə işinin təşkilinə yardımçı olmaqdır.
Layihə çərçivəsində mövzuya aid qısa sosial video-çarxlar hazırlanacaq və ən çox oxucu kütləsi olan internet medialarında, eləcə də sosial media kanallarında paylaşılacaqdır. Layihənin mövzusuna aid təşəbbüslərin dəstəklənməsi üçün jurnalistlərin iştirakı ilə regionlardan birində təlim sessiyası təşkil olunması da nəzərdə tutulur.
AJN,
MultiMedia
Date: 06.06.2016, 1263 users viewed this page. |