"Yeni mediada etik standartların təbliği” layihəsi başa çatdı

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi “Yeni mediada etik standartların təbliği” layihəsinin icrasını uğurla başa çatdırmışdır. Üç aylıq layihə çərçivəsində  Bakı, Gəncə, LənkəranQəbələ şəhərlərində jurnalistlər, QHT nümayəndələri və gənclərin iştirakı ilə müxtəlif tədbir və təlimlər təşkil olunmuşdur.


“Yeni mediada etik standartların təbliği” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı əsasında həyata keçirilmişdir.  Layihənin əsas məqsədi yeni mediada etik standartların və milli-mənəvi dəyərlərin təbliği istiqamətində peşəkar müzakirə və silsilə təlimlər təşkil etmək olub.

Date: 01.07.2014, 1111 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi