“Jurnalistika ayı” layihəsi başa çatıb

Azərbaycan Jurnalistlər Şəbəkəsi və IB Club-ın birgə təşkilatçılığı, Azərfoto İnformasiya Agentliyinin media dəstəyi ilə həyata keçirililən “ Jurnalistika ayı” layihəsi başa çatdı. 2 fevral Gənclər Günü ilə əlaqədar başladılan layihə bir ay davam edib və  jurnalistikaya maraq göstərən 30-dan çox gənc bu layihənin iştirakçısı olub.

 

Fevral ayı boyunca hər həftə gənclər tanınmış jurnalistlərin seminar və təlimlərində iştirak edib, Azərbaycanın bir sıra aparıcı media qurumları ilə yaxından tanış olmaq imkanı qazanıblar . Layihə təmənnasız olaraq Azərbaycan Jurnalistlər Şəbəkəsi və IB Club-ın birgə təşəbbüsü əsasında baş tutub.

 

Layihə barəsində daha ətraflı məlumatla AJN-nin Facebook səhifəsində tanış ola bilərsiniz: facebook.com/www.ajn.az

Date: 01.03.2014, 1046 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi