Mingəçevirdə region gəncləri üçün yeni media təlimi keçirilib

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Region gəncləri üçün Onlayn Media Məktəbi" layihəsi çərçivəsində Mingəçevir şəhərində təlim keçirib. 23-24 noyabr tarixlərində baş tutan yeni media təliminə Azərbaycanın müxtəlif regionlarından olan gənclər qatılıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB tərəfindən xüsusi hazırlanmış təlim proqramı vasitəsilə region gənclərinə yeni media və onlayn jurnalistika sahəsində bilik və bacarıqlar tədris olunub.

 

İki gün praktik məşğələ və 3 həftə onlayn dərslərdən ibarət olan media layihəsinin məqsədi regionlarda yaşayan gənclərə jurnalistika bilikləri aşılamaq və yeni medianın bütün üstünlükləri barədə onlara bilik və bacarıqlar öyrətmək, həmçinin regional medianın inkişafına töhfə verməkdir.

 

Qeyd edək ki, "Region gəncləri üçün Online Media Məktəbi" fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsində qalib çıxıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB, Gənclər üçün Təhsil Mərkəzi İB və Azərbaycan Könüllülər İctimai Birliyi layihənin uğurla icra olunması üçün təşkilati dəstək göstərib.

Date: 26.11.2013, 932 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi