Bakıda "Gənclərin Yeni Media Forumu"

Bakıda "Gənclərin Yeni  Media Forumu” keçiriləcək. 23 iyulda baş tutacaq tədbir Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi,  Azərbaycan Könüllülər İctimai Birliyinin və  “İrəli” İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. 

 

100 nəfər aktiv gənci bir araya gətirəcək forumda  yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyətləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər keçiriləcək. Eyni zamanda  peşəkar media mütəxəssislərinin də  qatılacağı  forumda panel müzakirələr təşkil olunacaq.


Forumda iştirak etmək üçün 14-29 yaş arası şəxslər  müraciət edə bilər.  Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaq.

 

İştirak üçün son müraciət tarixi: 20 iyul 2013

 

Foruma barədə daha ətraflı məlumat öyrənmək müraciət etmək üçün bu  linkə daxil olun.

Date: 15.07.2013, 1042 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi