QHT Şurası növbəti maliyyə yardımı müsabiqəsi elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELAN EDİR.

Şura müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Ərizələr 2 formada qəbul edilir:

 

  • Koalisiyalardan (ən azı 5 QHT-nin birləşdiyi)
  • QHT-lərdən fərdi şəkildə

 

Koalisiyalar üçün mövzular:


  • 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin monitorinqi.
  • 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.
  • Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin təşviqi üzrə təşəbbüslərin dəstəklənməsi.

 

Bir layihənin maksimum məbləği 50 min manatadək olmalıdır.


QHT-lərin fərdi qaydada müraciəti üçün mövzular:


  • Yeni qəbul olunmuş qanunlarla bağlı əhalinin məlumatlandırılması
  • Sosial çarxların hazırlanması və yayımının təşkili
  • İctimai əhəmiyyətli nəşrlərin dəstəklənməsiƏrzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişafına yönəlik təşəbbüslərin dəstəklənməsi

 

Bir layihənin maksimum məbləği 15 min manatadək olmalıdır.

 

Müsabiqə barədə daha ətraflı məlumat üçün Şuranın saytına daxil olun: www.cssn.gov.az

Date: 21.05.2013, 758 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi