Şura 2013-cü ildə maliyyə yardımı alacaq QHT-lərin adını açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə yardımı müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqəyə 512 QHT-dən layihə təklifi daxil olub, onlardan 80-nə yaxın layihə Şuranın sənədləşmə ilə bağlı tələblərinə cavab vermədiyi üçün ekspertiza mərhələsinə buraxılmadan müsabiqədən uzaqlaşdırılıb, ekspertiza mərhələsində hər layihə iki müstəqil ekspert tərəfindən qiymətləndirilib.

 

Şura əvvəlki iclaslarda maliyyələşdirilməsi qərara alınmış layihələr barədə büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 345 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib. Daha ətraflı məlumat üçün şuranın saytına www.cssn.gov.az daxil olun.

 

Date: 17.04.2013, 731 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi