Biznes jurnalistikası layihəsi

British Council təşkilatı jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını davam etdirir. Layihə, British Council tərəfindən PASHA Bank ilə əməkdaşlıq və Thomson Foundation təşkilatının dəstəyi sayəsində həyata keçirilir.

 

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və internet mətbuatı) professional bilik və səriştənin artırılmasında kömək etməkdir. 2013-cü ildə, iştirakçılar üçün Birləşmiş Krallığın Kardiff və London şəhərlərinə təlim-tədris səfəri nəzərdə tutulmuşdur.

 

Azərbaycanın bütün rayonlarından jurnalistləri bu təlimdə iştirak etməyə dəvət edirik.

Proqram əsasən jurnalistlərin aşağıdakı bilik və səriştələrini artırmağı nəzərdə tutur:

 

  • məqalələrin yazılma tərzləri
  • reportajlarının hazırlanması
  • xəbərlərin çatdırılması tərzləri
  • xəbərlərin yazılma qaydaları
  • müsahibə aparmağın texnikası və praktikası

Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:

 

  • Etika qaydaları, məlumatın tarazlı və doğru şəkildə çatdırılması
  • İqtisadiyyat jurnalistikası
  • Biznes jurnalistikası
Biznes Jurnalistikası layihəsi haqqında daha ətraflı məlumat üçün bu linkə www.britishcouncil.az daxil olun

 

 

Date: 17.04.2013, 781 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi