KİVDF qalib jurnalistlərin adlarını açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növ­bəti iclasında "2013-cü il Novruz Bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsi”nin nəticələri açıqlanıb. Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqəyə 10 istiqamət üzrə 83 yazının daxil olduğunu və 9 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. Yazıların hər biri 3 ekspert tərəfindən qiymətləndirilib. Şuranın üzvü Əflatun Amaşov belə müsabiqələrin, jurnalistlərin peşə hazırlığının artırılmasında böyük rolu olduğunu qeyd edib.

 

Müsabiqənin şərtlərinə görə 10 istiqamət üzrə ən yüksək bal toplamış 30 jurnalist qalib hesab edilib. 30 qalib jurnalistin hər birinə 1000 (bir min) AZN, 10 jurnalistə isə 300 (üç yüz) AZN məbləğində mükafatın verilməsi qərara alınıb.

Müsabiqənin nəticələri barədə tam siyahını  bu linkdən yükləyə bilərsiniz.

Date: 17.04.2013, 749 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi