Jurnalistika sahəsində yeni nəsil

AccessBank və “British Council” Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi tələbələri üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını  elan edir.

 

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə bir qrup gənc jurnalistin bilik və səriştəsinin beynəlxalq standartlara uyğun artırılmasına kömək etməkdir.

 

2012-ci ilin sentyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 20 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı ən fəal iştirakçıların Birləşmiş Krallığın Kardiff və London şəhərinə təlim-tədris səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, BBC, CNN, Reuters eləcə də digər media müəssisələrində qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır.

 

Proqram əsasən jurnalistlərin aşağıdakı bilik və səriştələrini artırmağı nəzərdə tutur:


  • TV və radio məqalələrinin yazma tərzləri
  • TV və radio reportajlarının hazırlanması
  • Onlayn jurnalistika
  • Sosial şəbəkələr (Twitter, Facebook, YouTube və s.)

 

Təlim aşağıdakı mövzuları əhatə edəcəkdir:


  • Etika qaydaları, məlumatın tarazlı və doğru şəkildə çatdırılması
  • İqtisadiyyat jurnalistikası
  • Biznes jurnalistikası

 

Jurnalistika sahəsində yeni nəsil layihəsi haqqında daha ətraflı məlumat üçün http://www.britishcouncil.az bu linkə daxil olun

Date: 16.04.2013, 741 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi