“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlandı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Azərbaycan Jurnalistlər Şəbəkəsi” ictimai birliyi “Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlayıb.

 

Layihənin məqsədi Azərbaycanın tolerant və multikultural ölkə olmasını dünyaya nümayiş etdirmək üçün ingilis və Azərbaycan dillərində yüksək keyfiyyətdə sənədli film hazırlamaqdır. Filmdə ölkəmizdə yaşayan yəhudi əsilli vətəndaşlardan bəhs olunacaq, eləcə də digər etnik qrupların Azərbaycanda birgə yaşamaq mədəniyyəti nümayiş olunacaqdır.

 

30 dəqiqə olması nəzərdə tutulan filmdə çəkilişlər əsasən Azərbaycanda aparılacaq. Eyniz zamanda filmdə İsraildə lentə alınan kadrlar və müsahibələrdən də istifadə olunması planlaşdırılır.

 

Layihənin yekunda hazırlanacaq filmin geniş ictimaiyyət üçün təqdimat mərasimi nəzərdə tutulur. Bundan başqa, filmin daha geniş yerli və xarici auditoriyalara təqdim olunması məqsədi ilə bir sıra yerli və xarici media qurumları ilə də əməkdaşlıq qurulacaq.

Date: 06.08.2020, 631 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi