"ATMA-YARAT-SAT" sosial layihəsi

Yaradıcı insanların toxunuşu ilə lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi insanların zövqünü oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur. Bu prosesə dəstək vermək məqsədi ilə ilk dəfə olaraq "ATMA-YARAT-SAT" adlı sosial layihəyənin keçirilməsi nəzərdə tutulur. Layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlıq imkanlarını itirən yaradıcı insanları əhatə edəcək.    “Təmiz Şəhər” ASC nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, ETSN,  “Azərxalça ASC”,  İçəri Şəhər Qoruq İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və "Azərbaycan Jurnalistlər Şəbəkəsi" ictimai biirliyinin dəstəyi ilə baş tutacaq "ATMA-YARAT-SAT" sosial layihəsi sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası,  və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Sosial layihəyənin ənənəvi olaraq hər il keçirilməsi və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur. 25 dekabr 2021-ci il tarixində saat 11:00-da Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyində təqdimat mərasimi keçiriləcək layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq. Bir sıra dövlət qurumlrının dəstək verdiyi "ATMA-YARAT-SAT" layihəsinin  mütəmadi olaraq keçirilməsi fiziki imkanları məhdud olan insanların məşğulluq imkanlarını genişləndirməklə yanaşı, tullantı hesab edilən əşyaların  xammal kimi təkrar istifadəsinə marağı artıracaq.

Date: 22.12.2021, 462 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi