Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran jurnalistlərə qarşı təhdid və təzyiqlər haqqında hesabat təqdim olunub

Erməni lobbisinin Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında hesabat hazırlanıb. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin hazırladığı hesabat 44 gün davam edən Vətən müharibəsi dövründə erməni lobbisinin xarici jurnalistlərə qarşı qeydə alınan təhdid və təzyiqlərini özündə əks edirir. Hesabatda qeyd olunur ki , cəbhə bölgəsinə gəlib, real həqiqətlər haqqında reportajlar hazırlayan xarici media nümayəndələri erməni lobbisi tərəfindən dərhal hədəfə alınıb.  Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərir.  Hesabatda bildirilir ki, Erməni lobbisinin azad sözə, ifadə azadlığına, jurnalistikanın obyektivlik, tərəfsizlik və qərəzsizlik prinsiplərinə qarşı açıq müharibə elan etməsi bizdə böyük narahatlıq yaradıb. Jurnalistləri ölümlə hədələmək Avropa dəyərləri, insan hüquqları ilə ziddiyyət təşkil edir. Söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq layiq olduqları cəzanı almalıdırlar. Eyni zamanda, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərtilə dinc vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər.Hesabat beynəlxalq təşkilatlara, o cümlədən , beynəlxalq jurnalist təşkilatlarına təqdim olunacaq.

 

Hesabatla bu linkdən tanış ola bilərsiniz:

Date: 18.11.2020, 272 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi