“Azərbaycanda Futbol jurnalistikasına dəstək” layihəsi

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Bakcell Şirkəti ilə birgə təşkil etdiyi “Azərbaycanda Futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində birinci təlim sessiyası keçirilib. Təlimlərə Azərbaycan mediasında çalışan və daha çox futbol xəbərlərindən yazan 15 jurnalist cəlb olunub.

 

Bu layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır. Bundan başqa, xüsusi təlim proqramı vasitəsilə  jurnalistlərin futbol xəbərlərini yerli auditoriyaya daha  yaxşı şəkildə çatdırması üçün  müasir medianın bütün üstünlükləri barəsində  onlara məlumatlar vermək, eləcə də  praktik məşğələlərlə yeni biliklər öyrətməkdir.

 

Birinci təlim sessiyasında Milli yığmanın baş məşqçisi  Robert Prosineçki və Azərbaycan Millisinin 2 oyunçusu - Ruslan Abışov və Qara Qarayev iştirak ediblər.

 

İki ay davam edəcək layihədə 4 günlük təlim sessiyası və 6 həftəlik online təlimlər keçiriləcəkdir. Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər tərəfindən aparılır. Multimedia üzrə təlimlər isə yeni medianı dərindən bilən xarici mütəxəssis tərəfindən keçiriləcəkdir. Təlimi uğurla bitirən iştriakçılardan bir nəfər seçim əsasında Mançesterə  yollanacaq.

 

Təlimin bağlanış mərasimi iyul ayında Milli Mətbuat Günü ərəfəsində  keçiriləcək və iştriakçılara sertifikatlar paylanacaq.

Futbol jurnalistikasıAJNBakcell 

Date: 21.05.2015, 840 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi