Təqdimat zamanı layihənin müəllifi, Azərbaycan Jurnalsitlər Şəbəkəsinin üzvü (AJN), İsmayıl Fətəliyev jurnalistlərə layihə barədə məlumat verib.
Müəllifin sözlərinə görə, ilin sonunadək davam edəcək layihədə çərçivəsində Ağdam, Tərtər və Bərdə rayonlarında yaşayan məcburi köçkün ailələlərindən olan 70-dək qadınlar üçün təlim-məşğələlər keçiriləcək.
Təlimlər zamanı iştirakçılar kiçik sahibkarlığın əsasları, mikromaliyyə biliklərin artırılması barədə məlumatlandırılacaq.
Qeyd edək ki, layihə Azərbaycan Jurnalistlər Şəbəkəsi, Gənclər üçün təhsil mərkəzinin təşkilatı dəstəyi ilə reallaşdırılacaq.
Date: 03.10.2019, 545 users viewed this page.