“MediaMən” jurnalistika üzrə təlimlər təşkil edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən  “”MediaMən” jurnalistika üzrə ustad təlimlərin təşkili”  layihəsi çərçivəsində təlimlər  keçirilmişdir.  Bakı şəhərində keçirilən təlimlərə jurnalistikaya həvəsi olan 20-dən çox gənc qatılmış, təlimlərdə jurnalistkaya dair bilik və bacarıqlar öyrədilmişdir.

 

Layihənin əsas məqsədi  gənclər və  KİV sahəsində çalışan gənc media nümayəndələri üçün peşəkar media təlimləri və ustad dərslərin təşkil etməkdir.  Həmçinin, bu təlimlər vasitəsi ilə proqressiv və intellektual düşünən gənc jurnalistlərin yetişməsi işinə töhfə vermək, eləcə dəAzərbaycan mediasına yeni düşüncəyə malik jurnalistləri bəxş etmək idi.

 

Üç ay davam etmiş layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirakı təmin edilmiş və peşəkar media qurumlarına turlar təşkil edilmiş, eləcə də Layihə iştirakçıları təlimlərdə qazanmış olduqları bilik və bacarıqları www.mediaman.az saytı vasitəsi ilə tətbiq etmək imkanı qazanmışlar.

 

“MediaMən” jurnalistika üzrə ustad təlimlərin təşkili”  layihəsi fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olmuşdur. Layihənin uğurlu icra olunmasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və  Gənclər üçün Təhsil Mərkəzi İB təşkilati dəstək nümayiş etdirmişdir.

Date: 01.02.2016, 797 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi