AJN yeni media layihəsinin icrası çərçivəsində Bərdədə tədbir keçirdi

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı əsaında yeni media layihsəinin icrasına başlayıb. “Yeni  media təlimləri vasitəsi ilə milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliğinə dəstək” layihəsinin icrası çərçivəsində Bərdə Elektron Kitabxanasında regional medialarda çalışan jurnalistlər, QHT nümayəndələri və gənclərin iştirakı ilə təlim keçirilib.

 

Layihənin əsas məqsədi İnternet medianın verdiyi  üstünlüklərdən istifadə edərək milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği istiqamətində ölkənin iki regionunda –Bərdə və Zaqatalada təlimlər təşkil etmək, eləcə də vətənpərvərlik ruhunda maarifləndirmə işlərinin aparmaqdır. Bundan başqa layihə çərçivəsində Lənkəranda peşəkar  jurnalistlər üçün iki gün davam edəcək “Mediada milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği” mövzusunda peşəkar müzakirə və təlimin keçirilmısi də nəzərdə tutulur.

 

Keçirilən təlimlərdə İnformasiya-kommunikasiya texnologiyalarınn  verdiyi üstünlüklər, İnternet mediası, xüsusi ilə sosial şəbəkələrdən faydalı istifadəyə dair bilik və bacarıqlar aşılanır.

AJN 

Date: 12.07.2015, 840 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi