AJN və Bakcell Mobil Multimedia təlimləri keçirdi

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi və Bakcell Şirkətinin birgə təşkil etdiyi “Azərbaycanda Futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində mobil multimedia təlimləri keçirilib. Məhşur britaniyalı təlimçi Dan Mason-nun iştirakı ilə baş tutan iki günlük sessiyada idman sahəsində ixtisaslaşmış, xüsusilə futboldan  yazan jurnalistlərə multimediadan effektiv istifadəyə dair bilik və bacarıqlar öyrədilib.

 

Bu layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır. Bundan başqa, xüsusi təlim proqramı vasitəsilə  jurnalistlərin futbol xəbərlərini yerli auditoriyaya daha  yaxşı şəkildə çatdırması üçün  müasir medianın bütün üstünlükləri barəsində  onlara məlumatlar vermək, eləcə də  praktik məşğələlərlə yeni biliklər öyrətməkdir.


İki ay davam edən layihədə 4 günlük təlim sessiyası və 6 həftəlik online təlimlər keçirilir. Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər və multimedia üzrə təlimlər isə yeni medianı dərindən bilən xarici mütəxəssis-Dan Mason tərəfindən keçirilir. Təlimi uğurla bitirən iştriakçılardan bir nəfər seçim əsasında Mançesterə  yollanacaqdır.

 

Təlimin bağlanış mərasimi iyul ayında Milli Mətbuat Günü ərəfəsində  keçiriləcək və iştirakçılara sertifikatlar paylanacaqdır.

AJNMultiMediaBakcellfootballjournalism 

Date: 10.06.2015, 756 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi