Tərtər və Ağdamda yeni media təlimləri keçirildi

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi  ilə “Yeni media vasitəsi ilə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi” layihəsi  çərçivəsində Tərtər və Ağdam rayonlarında yeni media təlimləri  keçirilib. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin təşkilatı dəstəyi ilə baş tutan təlimlərdə 80-dən çox region gənci iştirak edib.


Layihənin əsas məqsədi yeni media təlimləri vasitəsi iə cəbhə xəttinə yaxın yaşayan yeniyetmə və gənclərə yeni mediadan, xüsusi ilə social şəbəkələrdən faydalı istifadə olunmasına dair biliklər öyrətmək və ölkənin milli maraqlarının qorunması istiqamətində maarifləndirmə işləri aparmaq idi. Bu məqsədlə Tərtər və Ağdamda təlimlər təşkil edilib və təlimlərdə iştriakçılara multimedia, sosial şəbəkələrdən faydalı istifadə və bloqların yaradılmasına dair bilik və bacarıqlar öyrədilib.


“Yeni media vasitəsi ilə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi” layihəsi fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikası Gənclər Fondunun altıncı qrant müsabiqəsində qalib seçililərək maliyyələşdirilib.

 


AJN 

Date: 31.05.2015, 789 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi