"Yeni mediada etik standartların təbliği” layihəsi

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi “Yeni mediada etik standartların təbliği” layihəsinin icrası çərçivəsində jurnalistlər üçün dəyirmi masa keçirmişdir. Azərbaycan Mətbuat Şurasının nümayəndələri, ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlər və yeni media üzrə mütəxəssislərin qatıldığı tədbirdə İnternet mediasında mövcud etika problemləri, eləcə də, bundan çıxış yollarının müzakirəsi aparılmışdır.

 

“Yeni mediada etik standartların təbliği” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı əsasında həyata keçirilir. Layihənin əsas məqsədi yeni mediada etik standartların və milli-mənəvi dəyərlərin təbliği istiqamətində peşəkar müzakirə və silsilə təlimlər təşkil etməkdir. Layihə çərçivəsində ölkəmizin bir neçə regionunda da  jurnalistlər üçün  oxşar təlim və müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Date: 20.05.2014, 773 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi