Gənclərin “APA Holding”lə tanışlığı

AJN və IB Club-ın “Jurnalistika ayı” layihəsi çərçivəsində jurnalist olmaq istəyən gənclərin “APA Holding”də görüşü keçirılib. “APA Holding” MMC-nin Direktorlar Şurasının sədri Nurşən Quliyev gənclərə media qurumu və onun fəaliyyət istiqamətləri haqqında məlumat verib. Daha sonra gənclər “APA Holding”ə daxil olan informasiya agentliklərinə və “APA TV”yə baş çəkərək jurnalistlərlə ünsiyyət qurmaq imkanı qazanıb və xəbərin hazırlanması prosesi ilə yaxından tanış olublar. Daha ətraflı AJN-nin Facebook səhifəsində tanış ola bilərsiniz: facebook.com/www.ajn.az

Date: 01.03.2014, 817 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi