Gənclər Yeni Medianı Forumda müzakirə edib

Bakı şəhərində baş tutan “Gənclərin Yeni Media Forumu”  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən 23 iyul 2013-cü il tarixində keçirilib. 100 nəfər aktiv gənci bir araya gətirən forumda yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyətləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər keçirlib və müxtəlif mövzuları əhatə edən panellər təşkil olunub.

 

Forumun təşkil olunmasında əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya gətirmək, onların bilik və bacarıqlarının artırılması eləcə də gənclərin İnternet jurnalistikasına olan maraqlarının yüksəldilməsinə təkan vermək olub. Həmçinin yeni media vasitələrindən effektiv istifadə edilməsi üçün mütəxəssislərin gənclərlə öz təcrübəsini bölüşməsinə imkan yaratmaq və  gənclər  arasında şəbəkələşmə imkanlarının artırılması üçün üçün mövcud əlaqələrin genişlənməsinə töhvə vermək idi.

 

Tədbirin açılışında  Azərbaycan Könüllülər İctimai Birliyini sədri İmaməddin Quliyev, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadə, Media Akademiya layihəsinin rəhbəri Nərmin Balayeva və bir sıra QHT nümayəndələri və tanınmış media orqanlarının nümayəndələri iştirak edib.

 

Forumun beynəlxaq təcrübə ilə bağlı hissəsində Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin təşəbbüsü ilə “Zaman-Azərbaycan” qəzetinin baş direktoru Süleyman Ünal Türkiyə və Avstraliyanın yeni media təcrübəsini iştirakçılarla bölüşüb. Həmçinin birliyin sədri Ayaz Mirzəyev Azərbaycanda yeni media ilə bağlı mövcud tendensiyalar barədə iştirakçılara məlumat verib.

 

Forum haqqında daha ətraflı məlumatla bu linkdətanış ola bilərsiniz

Date: 27.07.2013, 841 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi